“Moskva Suriyadakı Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün lazım olan hər şeyi edir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, bu ölkədəki vətəndaşlar arasında fərq qoyulmadan onların diqqətdə saxlanıldığını bildirib:
“İndi bizim üçün ən vacib şey vətəndaşlarımızın təhlükəsizliyidir. Suriyadakı rusiyalı mütəxəssislər, jurnalistlər, diplomatlar, hərbçilərlərin təhlükəsizliyi üçün lazımı addımlar atılır”.
Əliyar Xəlil
Globalinfo.az