araqci

Suriyada Bəşər Əsəd rejiminə bağlı qüvvələrin müxaliflərə qarşı mübarizə apara bilməməsinin müxtəlif səbəbləri var.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

O bildirib ki, Suriya təhlükəsizlik orqanları İdlibdəki aktivlikdən xəbərdar olub.

Nazir qeyd edib ki, Suriya ordusu psixoloji olaraq çökmüşdü, motivasiya problemi yaşayırdı. O bu vəziyyətin informasiya müharibəsindən qaynaqlandığını qeyd edib.

Bundan başqa, Araqçı İranın Suriyadakı hərbi mövcudluğunun məhdud olduğunu, bu səbəbdən Əsəd rejiminə kömək edə bilmədiyini vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: