araqci

“İran İsrailin təcavüzünə cavab vermək hüququnu özündə saxlayır”.

Globalinfo.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Abbas Araqçı deyib.

O bildirib ki, Tehran oktyabrdakı hava hücumuna görə yəhudi dövlətindən qisas almaq fikrindən əl çəkməyib.

“Tehran regional hadisələri nəzərə alaraq İsrailin son hava təcavüzünə cavab vermək hüququnu özündə saxlayır”, – Araqçı bildirib.

Nazir bir gün əvvəl Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşmasına da toxunub. Araqçı razılaşmanın daimi atəşkəsə gətirib çıxaracağına ümid etdiyini vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: