“Rəsmi tədbirlərdə himnimiz səslənəndə diqqətlə dinləyirəm və bu məsələdə çox ciddi problemlərin olduğunu görürəm”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Baş nazir himnin hər tədbirdə fərqli temp və sürətdə səsləndirildiyini bildirib:
“Son zamanlarda rəsmi tədbirlərdə himnimizin canlı ifa edilməsi və müəyyən olunmuş standartda səsləndirilməsi üçün tapşırıq vermişəm. Hər yerdə fərqli şəkildə səsləndirilir. Tədbirlərdə basdırma və sucuq himndən daha çox diqqət çəkir”.
İclasda parlamentin spikeri Alen Simonyan, həmçinin deputatlar Sisak Qabrielyan və Taquhi Qazaryan himndə bəzi detalların dəyişdirilməsini təklif ediblər. Himnin yeni rəsmi versiyasının müəyyənləşdirilməsi təklifi hökumət üzvləri tərəfindən dəstəklənib.
Məlumata görə, təklif qəbul edilsə, himn aşağıdakı sözlərlə yekunlaşacaq:
“Üç rəngli, bax ona,
Bir hədiyyə nişanəsi,
Düşməni məğlub etsin,
Ermənistanı fəth etsin”.
Himn hökumətin rəsmi saytında və digər platformalarda yerləşdiriləcək.
Ayşən Mustafa
Globalinfo.az