14d2aa91 27e4 4e99 920f 9632d3f40eba1732205757

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin müdiri Riad Axundzadə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İslam İnkişaf Bankının təşkil etdiyi “İİB üzv ölkələrində iqlimə dayanıqlı su investisiyaları üçün maliyyələşdirmə imkanları” mövzusunda keçirilən tədbirdə iştirak edib.

Globalinfo.az xəbər verir ki, çıxışı zamanı Riad Axundzadə tədbir iştirakçılarına su ehtiyatlarının davamlı idarə olunması məqsədilə müasir və dayanıqlı texnologiyaları özündə birləşdirən infrastruktur layihələrinin əhəmiyyəti barədə məlumat verib.

O, həmçinin uzunmüddətli su təhlükəsizliyinin təmin edilməsi üçün innovativ maliyyələşdirmə modellərinin və sektorlararası tərəfdaşlıqların rolunu vurğulayıb.

44a5b0b0 92d6 43dd 8e5d 9e04fbc269af1732205744  42df7ef2 61ba 4f5a ad8c 296c852550511732205757

Paylaş: