Avropa İttifaqı Rusiya və İrana qarşı sanksiyaları genişləndirib.
Globalinfo.az xəbər verir ki, Tehranın Ukrayna ilə müharibədə Rusiyaya dəstəyinə görə Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirib.
Avropa Komissiyasının məlumatına görə, İran Gəmiçilik Xəttləri, onun direktoru Məhəmməd Rza Xiyabani və digər rəsmi şəxslər sanksiyalar siyahısına əlavə edilib.
Hesabatda vurğulanır ki, yeni sanksiyalar İran istehsalı olan PUA və raketləri, müvafiq texnologiyaların və komponentlərin daşınması üçün istifadə olunan gəmi və limanları hədəfə alır.
Müşviq Tofiqoğlu
Globalinfo.az