1000043197
Bakıda kənar dairəvi yolda torpaq uçqunu zamanı avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Artıq iki saatdan çoxdur ki, sürücülər ərazidə yolun açılmasını gözləyirlər.

Vətəndaşlar bildiriblər ki, hər gün istifadə etdikləri yolda təhlükə hər zaman olub.

Belə ki, bir neçə ay öncə də eyni hal təkrarlanıb.

Hazırda isə aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunublar.

Ətraflı Baku TV-nin süjetində:

**”

Bakı Kənar Dairəvi yolda qaya parçalarının yola doğru sürüşməsi yolda avtomobillərin hərəkətinə mane olub.

Hazırda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi davam etdirilir

***

Bakı Kənar Dairəvi yolda ehtimal olunan təhlükənin qarşısı alınıb.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, bu gün saat 16 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarının yola doğru sürüşməsi müşahidə edildiyindən dərhal aidiyyəti üzrə məlumat verilməklə ərazi nəzarətə götürülüb.

Hazırda DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.

1000043263 1000043262 1000043264

Paylaş: