Polis yolda qalan taksiyə belə kömək etdi – FOTOLAR

Polis yolda qalan taksiyə belə kömək etdi - FOTOLAR
taksi taxi

Bakıda xarab olaraq yolda qalan taksiyə polis əməkdaşları kömək ediblər.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Belə ki, səhər saatlarında paytaxtda taksi şirkətlərindən birinə məxsus avtomobil xarab olaraq yolda qalıb.

Həmin yerdən keçən Dövlət Yol Polisinin əməkdaşları avtomobillərini saxlayaraq həmin taksinin sürücüsünə kömək ediblər.