ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Moskvanı vuracağı ilə hədələyib.
Globalinfo.az xəbər verir ki, bunu o “Vol Strit Jurnal”a müsahibəsində deyib.
“Mən dedim: “Vladimir, əgər sən Ukraynanın arxasınca düşsən, mən elə güclü zərbə vuracam ki, sən belə inanmayacaqsan. Mən birbaşa zərbəni Moskvanın mərkəzinə endirəcəyəm. Mən dedim ki, biz dostuq. Mən istəmirəm bunu edim, amma seçimim yoxdur”. Putin buna “ola bilməz” deyə cavab verdi. Mən isə dedim ki, sənə çox ağır olacaq, çünki mən bu qübbələri sənin başının üstündən götürməyə hazırlaşıram”, – o bildirib.
Tramp bu dialoqun nə vaxt olduğunu açıqlamayıb.
Safura Bənnayeva
Globalinfo.az