Ermənistanda 27 sentyabrın Anım Günü kimi qeyd olunması ilə bağlı təklif qəbul edilməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr yazır ki, hökumət bu təklifin rədd edilməsini yanvarın 28-də Ordu Gününün qeyd olunması ilə əsaslandırıb. Açıqlamada bildirilir ki, həmin gün sadəcə Ermənistan Silahlı Qüvvələrinin yaranması qeyd edilmir, həm də həlak olanların xatirəsi anılır.
Qeyd edək ki, 27 sentyabr Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Əliyar Xəlil
Globalinfo.az