“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücum olacağı ilə bağlı məni xəbərdar etmişdi”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.
Tramp bildirib ki, Moskva çoxdan Ukraynaya müdaxilə etmək istəyib, lakin o, bunun qarşısını alıb:
“Putin bu barədə danışırdı, amma mən dedim ki, siz Ukraynaya girməyəcəksiniz”.
Tramp həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxşı münasibətlərinin olduğunu bildirib. O, yenidən prezident seçiləcəyi təqdirdə Şərqi Avropada müharibəyə son qoyacağını söyləyib:
“Co Bayden vəziyyətlə bağlı heç nə etmədi, hətta Putinlə bir ildən çox danışmadı. Müharibə bitməlidir, mən buna Ağ Evə rəhbər olmazdan qabaq son qoyacağam”.
Əliyar Xəlil
Globalinfo.az