1667643479.Kazakhstan President Kassym Jomart Tokayev January 2022

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar üçün Almatı platformasını təmin etməyə hazır olduğunu təsdiqləyib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Qazaxıstan lideri bu barədə danışıqlar zamanı Ermənistan Prezidenti Vaaqn Xaçaturyana deyib.

Prezidentlər ticari-iqtisadi, nəqliyyat-logistika, aqrar, maliyyə, mədəni-humanitar sahələrdə, eləcə də rəqəmsallaşma sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Qazaxıstan və Ermənistan liderləri regional və beynəlxalq gündəliyin aktual məsələlərinə də toxunublar.

Paylaş: