demirli qizil

Dəmirli və Qızılbulaq yataqları II Qarabağ müharibəsinə qədər separatçı rejimin gəlirlərinin 30%-ni qarşılayırdı.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Qəzet məhz bu səbəbə görə separatçıların yatağa nəzarətin Azərbaycanın tabeliyinə keçməsini istəmədiyini bildirib. Bu halda separatçıların əsas maliyyə qaynaqlarından məhrum olacağı vurğulanıb.

“Hraparak”a danışan erməni iqtisadçı hər iki yatağın indiki dönəmdə separatçılar üçün önəminin 2020-ci ildən daha vacib olduğunu bildirib:

“Bu il yataqları işlədən “Valleks qrup” büdcəyə 45 milyard dram vergi verib. Bu daha çox gəlir vergisinin artırılması ilə bağlıdır. Yəni əgər Qızılbulaq yatağı müharibəyə qədər Qarabağın büdcəsinin üçdə birini təşkil edirdisə, indi, təxminən, üçdə ikisini təmin edir”.

Qeyd edək ki, Azərbaycanın hər iki yataqda monitorinq aparılması tələbi ilə bağlı aksiyalar artıq 7-ci gündür davam edir.

Paylaş: