6df6e59b 1c01 3fff b37e 0f6cbd018ea4 850

Azərbaycan Premyer Liqasının IX turunda keçirilən “Sumqayıt” – “Qarabağ” (0:1) qarşılaşmasında mövsümün azarkeş rekordu qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçı 7000 tərəfdar izləyib.

Buna qədər cari mövsümün azarkeş rekordu Tovuz şəhər stadionunda qeydə alınmışdı. V turun “Turan Tovuz” – “Səbail” oyununu 5500 azarkeş tribunalardan canlı izləmişdi.

Paylaş: