Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.
Globalinfo.az xəbər verir ki, Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun dəvəti ilə Minskə gedib.
Onu hava limanında Belarus Baş nazirinin müavini İqor Petrişenko, xarici işlər nazirinin müavini İqor Nazaruk, Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev və bir sıra rəsmi şəxslər qarşılayıb.
