“Hizbullah” İsrailə raket hücumu etdiyini təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə qruplaşma bəyanat yayıb.
“Qəzza xalqına və Livanın müdafiəsinə dəstək məqsədilə İsrailin “Mossad” kəşfiyyat xidmətinin Təl-Əvivdəki qərargahına və İsrail hərbi kəşfiyyat bazasına “Fadi-4” raketləri atdıq”, – bəyanatda qeyd edilib.
***13:27
Hizbullahın İsrailin mərkəzinə raket hücumu nəticəsində iki nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb.
Bildirilib ki, Hizbullah raketlərindən biri Kafr Qasim yaxınlığındakı Route 6 magistralına düşüb.