İsrailin Livana hücumu nəticəsində sərhəddəki bir neçə bölgə qapalı zona elan edilib.
Globalinfo.az xəbər verir ki, Metula, Misgav Am və Kfar Giladi rayonlarına giriş artıq qadağan olunub.
İsrail ordusu Beyrutun cənubunda sakinləri hava hücumu təhlükəsi ilə bağlı ərazini tərk etməyə çağırıb.
Qeyd edək ki, İsrail tankları Livanın cənubundakı bölgələrə artilleriya atəşi ilə hücum edib.
Hazırda Livanın cənubunda yerləşən Xiam, Kafr Kila, Əl-Vazzani, Kafr Şuba və Əl-Adisa şəhərləri artilleriya və tanklarla bombalanır.
Məlumata görə, İsrailin əməliyyata başladığı gündən indiyədək 1 milyondan çox Livan sakini evlərini tərk edib.
KİV yazır ki, bununla da İsrail tankları 2006-cı ildən bəri ilk dəfə Livan ərazisinə daxil olub.
Müşviq Tofiqoğlu
Globalinfo.az