resize 3

“İsrail yaxın vaxtlarda Livanda quru əməliyyatına başlaya bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

İsrail tərəfi artıq ABŞ-ı xəbərdar edib. Əməliyyatın məhdud xarakter daşıyacağı bildirilir.

Əsas məqsəd İsrailin sərhədyanı ərazilərinin əhalisi üçün təhlükəni azaltmaq və nəqliyyat infrastrukturunu məhv etmək olacaq.

Hələlik mümkün hərbi əməliyyatların vaxtı dəqiqləşməyib. Məlumata görə, ABŞ İsrailə güclü təzyiq göstərir və onu genişmiqyaslı əməliyyatlardan çəkinməyə çağırır.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: