lavrov

“Rusiya UNESCO-dan çıxmayacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Rusiya UNESCO katibliyinin qərəzli münasibəti ilə mübarizə aparır, lakin təşkilatdan çıxmaq fikrimiz yoxdur. Tənqidə qalsa, UNESCO-nun reputasiya üçün ən böyük xələl onun Ukrayna konfliktində qərəzli yanaşmasıdır ki, bu da onun nizamnaməsinə ziddir”, – deyə diplomat qeyd edib.

Xatırladaq ki, daha əvvəl Sergey Lavrov UNESCO-nun Baş katibi Odre Azuleni “Qərbin Rusiyaya qarşı informasiya müharibəsinin iştirakçısı” adlandırmışdı. Lavrov bunu Baş katibin müharibədə həlak olan media işçiləri haqqında məruzəsində rusiyalı jurnalistlərin adlarını çəkməməsi ilə əlaqələndirmişdi.

Əliyar Xəlil 

Globalinfo.az 

Paylaş: