İrəvan və Bakı avqustun 30-da sərhədlərin delimitasiyası və demarkasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıb. Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə layihəsini tanıyıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatında deyilir.
“Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın birgə fəaliyyəti haqqında əsasnamədə təsbit edilmiş öhdəliklər Konstitusiyaya uyğundur”, – Məhkəmənin qərarının yekun hissəsində deyilir.
Qərar Konstitusiya Məhkəməsinin rəsmi internet saytında dərc edildiyi andan qüvvəyə minir.
Xatırladaq ki, əsasnamədə delimitasiya işinin təşkili və müvafiq sənədlərin qəbulu, dövlət sərhədinin keçməsini təsvir edən protokolun tərtib edilməsi, müvafiq miqyasda delimitasiya xəritəsinin tərtibi və işlərin aparılması nəzərdə tutulur.
Müşviq Tofiqoğlu
Globalinfo.az














