1716408243 yangin 122

Sumqayıtda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib.

Globalinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, 10 ədəd elektrik açarı, 1 ədəd su sayğacı və 5 p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*** 23:17  24:09:2024

Sumqayıt şəhərində 4-cü mikrorayonda yaşayış binasında yanğın olub.

Globalinfo.az xəbər verir ki, 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib.

Əraziyə FHN-in əməkdaşları cəlb olunub və yanğın söndürülüb.

Hadisənin səbəbi araşdırılır.

Paylaş: