“Təxminən bir ay əvvəl aptekə girdim. Əczaçı mənə dərmanın iki variantını təklif etdi: biri türk, digərinin hansı olduğunu xatırlamıram. Təbii ki, mən türk olmayan dərmanı seçdim, amma əczaçıya xəbərdarlıq etdim ki, türk dərmanlarına etibar etmək olmaz. O mənə etiraz edərək dedi ki, türklər bu gün Avropa səviyyəsindən geri qalmayan keyfiyyətli dərmanlar istehsal edirlər”.
Globalinfo.az xəbər verir ki, bunu siyasi elmlər doktoru, tarixçi Armen Ayvazyan yazıb.
O iddia edib ki, Türkiyə məhsullarından istifadə erməni cəmiyyəti üçün zərərlidir.
“Son günlər İsrail xüsusi xidmət orqanlarının törətdiyi kütləvi terror aktı, Livanda minlərlə peycerin partladılması Türkiyədən gətirilən hər bir məhsulun ölümcül təhlükə yarada biləcəyi barədə bizə xəbərdarlıq olmalıdır. Gözəl günlərin birində bir düyməyə basmaqla türk ütüsü, paltaryuyan maşını, televizoru və ya telefonu İrəvan mənzillərində partlaya bilər”, – A.Ayvazyan qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az