Azərbaycan Premyer Liqasında VI tur start götürüb.
Globalinfo.az xəbər verir ki, turun ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib.
“Araz-Naxçıvan” öz meydanında “Kəpəz”lə qarşılaşıb və minimal hesablı qələbə qazanıb – 1:0. Naxçıvan təmsilçisinə qələbə qazandıran qola 76-cı dəqiqədə Bernardo Diaş imza atıb.
Qeyd edək ki, turun digər oyunları sentyabrın 14-də və 15-də keçiriləcək.














