Türk ölkəsi SSRİ simvollarını qadağan edir

Türk ölkəsi SSRİ simvollarını qadağan edir

Türkmənistanda SSRİ simvollarının təbliğatına qarşı mübarizə başlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azadlıq Radiosunun Türkmənistan Xidməti məlumat yayıb.

“Türkmənistan hökuməti SSRİ-nin qərb bölgələrindəki simvolları ilə mübarizəyə başlayıb. Onlar bu simvolların olduğu məhsulların ticarətini qadağan edir, həmçinin sosial şəbəkələrdə sovet rəzmləri paylaşanları təqib edirlər”, – məlumatda bildirilib.

Ölkədə sovet simvollarının olduğu paltarların satışı da qadağan edilib. Hüquq-mühafizə orqanlarının bu satışı təşkil edən sahibkarları dindirdiyi bildirilib.

Əliyar Xəlil
Globalinfo.az