Kansler və xanım nazirə sui-qəsdin üstü açıldı

Kansler və xanım nazirə sui-qəsdin üstü açıldı

Almaniyada dövlət çevrilişinə cəhdə hazırlaşan ifrat sağçılar ölkənin kansleri Olaf Şolts və XİN rəhbəri Annalena Berboka qarşı sui-qəsd planlaşdırıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “New York Times” yayıb.

Nəşr yazır ki, hüquq-mühafizə orqanları keçirilən reyd zamanı 25 şübhəli şəxsi saxlayıb.

Bildirilir ki, sözügedən şəxslər arasında hakim, həkim, aşbaz, pilot, tenor ifaçı və 3 polis əməkdaşı da var. Onlardan 15-nin hərbçilər ilə əlaqəsi olduğu qeyd olunub.

Federal polis və kəşfiyyat əməkdaşları axtarış apardığı evlərdən hərbi avadanlıq, silah-sursat, eləcə də döyüş dəbilqələri və qılınclar aşkar ediblər.

Axtarış zamanı tapılan əşyalar arasında 18 adın qeyd olunduğu siyahı aşkar olunub. Siyahıda ifrat sağçıların “düşmən” hesab etdiyi siyasətçi və jurnalistlərin adları olub ki, onlar arasında Olaf Şolts və Annalena Berbokun da adına rast gəlinib.