Naxçıvan Universitetinə bu il tələbə qəbulu aparılmayıb.
Globalinfo.az bildirir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, buna səbəb ləğv edilmə ilə bağlı müraciətin fevral ayında təsdiq edilməsi olub.
Məlumatda qeyd edilib ki, tələbələrin böyük hissəsi Naxçıvan Dövlət Universitetinə, Naxçıvan Dövlət Universitetindəki ixtisaslar ilə ixtisası uyğunlaşmayan tələbələr isə aidiyyəti yerlərə köçürülüb.
***11:33
Naxçıvan Universiteti MMC ləğv olunduğunu elan edib.
Globalinfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, Naxçıvan Universiteti MMC 2 iyul 1999-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 manat olan universitetin qanuni təmsilçisi Anar Altay oğlu Kazımovdur.
Məlumat üçün onu da bildirək ki, “Naxçıvan” Universitetinin təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub. Ötən ilin əvvəlində “Naxçıvan” Universitetinin təsisçisi dəyişib və universitetə yeni rektor təyin olunub.