Ermənistan hökuməti sentyabrın 5-də keçiriləcək iclasda Azərbaycanla sərhəd demarkasiyası komissiyalarının birgə işi haqqında imzalanmış sənədi müzakirə edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Sənədin Ermənistan Konstitusiyasına uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə, növbəti addım kimi isə ratifikasiya üçün parlamentə təqdim ediləcəyi bildirilir.
Xatırladaq ki, avqustun 30-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb.
Ayşən Mustafa
Globalinfo.az
Globalinfo.az