Hollandiyadan İsrailə “F-35” qadağası…

Hollandiya məhkəməsi hökumətə “F-35” təyyarələrinin ehtiyat hissələrinin İsrailə ixracını dayandırmağı əmr edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Hollandiyanın Apellyasiya məhkəməsi beynəlxalq hüququn açıq şəkildə pozulması riskini əsas gətirərək bu addımı atıb.

Qərarda İsrailin “F-35” qırıcılarından istifadə edərək Qəzza zolağında humanitar müharibə qanunlarını ciddi şəkildə pozduğu bildirilir.

Qeyd edək ki, ABŞ-a məxsus “F-35” təyyarələrinin ehtiyat hissələri Hollandiyada saxlanılır və oradan mövcud ixrac müqavilələri çərçivəsində İsrail də daxil olmaqla bir neçə tərəfdaşa göndərilir.

Qərarda həmçinin qeyd olunub ki, İsrail hücumlarını həyata keçirərkən bunun mülki şəxslərə təsirini lazımi qədər nəzərə almır.

Əliyar Xəlil
Globalinfo.az