İran Prezidenti Məsud Pezeşkianın təklifi və hökumətin idarə heyətinin təsdiqi ilə Fatimə Mühacirani hökumətin yeni sözçüsü təyin edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
F.Mühacirani daha əvvəl Şəriəti Qızlar Texniki və Peşə Kollecinin rəhbəri olub. O, 26 oktyabr 1996-cı ildə o vaxtkı təhsil naziri Seyid Məhəmməd Bəthai tərəfindən Brilliant İstedadlar Mərkəzinə rəhbər təyin edilib.
Mühacirani mexanika üzrə ali təhsil alıb. O, magistr pilləsini Şotlandiyanın Heriot-Vatt Universitetində başa vurub.
Qeyd edək ki, Fatimə Mühacirani İranda hökumət sözçüsü təyin edilən ilk qadındır.

Fatimə Mühacirani
Əliyar Xəlil
Globalinfo.az