Poliklinikalarda onlayn sistem çökdü – TƏBİB-dən açıqlama

Poliklinikalarda onlayn sistem çökdü - TƏBİB-dən açıqlama

Bu gün səhər saatlarından etibarən bəzi tibb müəssisələrində müraciət sayının çoxluğu ilə əlaqədar xəstəxana idarəetmə sisteminin işində texniki yüklənmələr yaranıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Bildirilib ki, artıq mütəxəssislər tərəfindən optimizasiya işləri aparılıb, sistemin işi tam bərpa olunub.

Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə poliklinikalarda onlayn növbə sistemində problemlərin olduğu bildirilib. Vətəndaşların sözlərinə görə, sistemin işləməməsi səbəbindən poliklinikalarda sıxlıq yaranıb.

***11:30

Azərbaycanda poliklinikalarda onlayn sistem çöküb.

Globalinfo.az xəbər verir ki, bu barədə Oxu.az-a sağlamlıq haqqında arayış almaq istəyən vətəndaşlar bildiriblər.

Vətəndaşların sözlərinə görə, sistemin işləməməsi səbəbindən poliklinikalarda sıxlıq yaranıb.

15 tibb müəssisəsində sözügedən problemin yaşandığı qeyd olunur.