kursk 00

24 saat ərzində Kursk vilayətinin sərhədyanı rayonlarından 1,7 mindən çox insan təxliyə edilib.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatorunun səlahiyyətlərini icra edən mətbuat katibi İrina Tolmaçeva məlumat verib.

Bildirib ki, gün ərzində 1724 nəfər təxliyyə edilib:

“Rayonda 1,4 mini uşaq olmaqla 6,5 ​​mindən çox sərhədyanı rayon sakini Kursk vilayətindəki 84 müvəqqəti məskunlaşma mərkəzinə yerləşdirilib”.

O, əlavə edib ki, regionlardakı 171 müvəqqəti saxlama məntəqəsinə isə 10 minə yaxın sakin yerləşdirilib:

“Rusiyanın 24 regionunda 171 müvəqqəti yerləşdirmə mərkəzi var, orada 3 mini uşaq olmaqla 10 minə yaxın insan yerləşdirilib.

İşə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həkimlər, sosial xidmət mütəxəssisləri və könüllülər cəlb olunub.

Həmçinin gün ərzində rayona 160 ton humanitar yardım gəlib”.

Paylaş: