İspaniya futbol yığması olimpiya çempionu oldu

İspaniya futbol yığması olimpiya çempionu oldu

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında futbol turnirinin qalibi müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, finalda İspaniya meydan sahibləri ilə qarşılaşıb.

Görüşün əsas vaxtı 3:3 hesabı ilə yekunlaşdığından əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda İspaniya yığmasının üzvü Serxio Kamelyonun dublu (100, 120+1) həlledici olub – 5:3.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.