Tramp foto

“Donald Tramp Ukrayna müharibəsi ilə bağlı Vladimir Putinə ultimatum verə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Respublikaçılar Partiyasından olan siyasətçi Boris Pinkus deyib.

Onun sözlərinə görə, Trampın Rusiya rəhbərinə Ukraynanı tərk etməsi üçün qısa müddət vaxt verməsi mümkündür:

“Mənbələrdən əldə etdiyimiz məlumata görə, Trampın planı belədir. O, Putinə işğal olunmuş ərazilərdən çıxmasını təklif edəcək, ona qısa vaxt verəcək. Əks təqdirdə Tramp əvvəllər xaricdə heç kimə vermədiyi super müasir silahları Ukraynaya verəcəyini deyəcək. Ukrayna qeyri-məhdud sayda silah alacaq. Bu, Trampın planıdır”.

Qeyd edək ki, Tramp bundan öncə prezident seçiləcəyi təqdirdə Ukrayna-Rusiya qısa zamanda bitirəcəyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: