“Avropa Donald Trampın dönəmində NATO-nun yox olacağı ilə bağlı özünün irəli sürdüyü kəhanətlərin tələsinə düşməməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
O, NATO ölkələrinin Trampla 2016-cı ildə olduğu kimi yenidən birlikdə çalışmalı olduğunu deyib:
“Belə narahatlıq 2016-cı ildə də var idi. Reallıq budur ki, NATO 4 ildən sonra daha güclü oldu. Əvvəlkindən çox qoşun, yüksək hazırlıq var”.
Stoltenberq NATO-nun gələcəyi ilə bağlı optimist olduğunu bildirib:
“Tramp yenidən seçilsə, Avropa özünün 2016-cı ildəki strategiyasını təkrarlamalı olacaq. ABŞ isə NATO-da qalacaq, çünki alyans dünya hərbi gücünün 50%-ni təmsil edir. Əgər ABŞ NATO-dan çıxsa, alyans bu hərbi potensialın 25%-ni təmsil edəcək”.
Əliyar Xəlil
Globalinfo.az