Ombudsman: “İkili standartlardan ən çox əziyyət çəkən xalqlardan biriyik”

 

Ombudsman: "İkili standartlardan ən çox əziyyət çəkən xalqlardan biriyik"

“Dözümsüzlük, ikili standartlar va ayrı-seçkilik hallarından ən çox əziyyət çəkən xalqlardan biri də Azərbaycan xalqı olub”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ümumdünya insan hüquqları bəyannaməsinin ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra qətnamə və qərarlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb edilməsinə baxmayaraq, 30 ilə yaxın dövr ərzində həmin sənədlərin icrası sadəcə kağız üzərində qalıb.

“Ermənistanın siyasi və hərbi rəhbərliyini təmsil edən şəxslər cəzasızlıq mühitindən ruhlanaraq, Azərbaycana münasibətdə tətbiq edilən ikili standartlardan öz çirkin və məkrli məqsədləri üçün istifadə edərək azərbaycanlılara qarşı sülh və insanlıq əleyhinə, müharibə və terrorçuluq cinayətləri törədiblər. Bu gün qürur hissi ilə qeyd edirik ki, məhz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü, məcburi köçkünlərin 30 ilə yaxın müddət ərzində pozulmuş hüquqları bərpa edilib”, – deyə o əlavə edib.