İrəvandan gözlənilməz addım: orduya elə bir adamı gətirdilər ki…

İrəvandan gözlənilməz addım: orduya elə bir adamı gətirdilər ki...\

“ABŞ ordusunun rəsmi nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində çalışacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Ezra Zeyan “Hetq” nəşrinə müsahibəsində deyib.

ABŞ rəsmisi bunu Vaşinqton və İrəvan arasında əməkdaşlıq üçün müsbət addım adlandırıb:

“Bu, çox xoş hadisədir. Biz ABŞ və Ermənistan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsini alqışlayırıq. Bu, həm də Vaşinqton-İrəvan münasibətlərində yeni strateji tərəfdaşlıq mərhələsinə keçidə işarədir”.

Qeyd edək ki, ABŞ və Ermənistan orduları “Eagle partner 2024” birgə təlimi keçirirlər.

Ayşən Mustafa
Globalinfo.az