İsrail ordusunun Qəzza zolağının mərkəzindəki Nuseyrat düşərgəsindəki məktəb binasına hücumu nəticəsində azı 20 fələstinli həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
“Əksəriyyəti qadın və yeniyetmələrdən ibarət onlarla insan yaralanıb.
Binası İsrail ordusu tərəfindən vurulan məktəbə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi nəzarət edir.
Onun ərazisində Qəzzanın digər bölgələrindən didərgin düşmüş yüzlərlə fələstinli var idi”, – məlumatda bildirilib.