BMT həyəcan təbili çaldı: Bütün Qəzza aclıq içindədir

BMT həyəcan təbili çaldı: Bütün Qəzza aclıq içindədir

“Qəzza zolağında qida çatışmazlığından daha bir neçə uşağın həyatını itirməsi aclığın bütün anklavda yayıldığını göstərir”.

Globalinfo.az xəbər verir ki, bu barədə BMT-nin yaydığı hesabatda deyilir.

Bildirilir ki, İsrailin hücumlarından ən çox ziyan çəkən şimal bölgələrində ən azı 33 uşaq qida çatışmazlığından dünyasını dəyişib.

Mütəxəssislər hesab edirlər ki, aclıq nəinki şimal bölgəsini, eləcə də bütün Qəzza zolağını əhatə edir.

BMT rəsmiləri İsrailin Qəzza zolağındakı insanları aclıqla sınağa çəkməsini qətiyyətlə pisləyir. Lakin İsrailin Cenevrədəki diplomatik nümayəndəliyi bu bəyanatı dezinformasiya adlandırır.

“İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasında kordinasiyasını genişləndirir”, – deyə İsrail diplomatik missiyasının bəyanatında deyilir.

Lakin BMT-nin mülkü missiyası müharibə davam etdiyi və yardım məhdud olduğu üçün Qəzzanın yüksək aclıq riski altında qaldığını açıqlayır.

Qeyd olunur ki, Qəzzada  1,1 milyondan çox insan aclıq riski ilə üz-üzədir.

Müşviq Tofiqoğlu
Globalinfo.az