Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusunun qarşısına mal-qara çıxıb. Nəticədə mikroavtobus naxırdakı heyvanları vurub.
Qəza zamanı “Mercedes Vito” olanlar – 1978-ci il təvəllüdllü Səbinə Məmmədova, 1980-ci il təvəllüdlü Samirə Məmmədova, 1982-ci il təvəllüdlü Gözəl Məmmədova və 2012-ci il təvəllüdlü Məhsəti Süleymanzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralıların vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir və onlar toydan qayıdırlarmış.