hecc

Həcc ziyarəti zamanı şiddətli istilər səbəbindən ölən zəvvarların sayı 1301-i çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, hazırda 25-i Misir vətəndaşı olmaqla, 100-ə yaxın adam itkin düşüb.

Qeyd olunub ki, Həcc ziyarəti zamanı 672 misirli zəvvar dünyasını dəyişib ki, onlardan yalnız 31-nə Səudiyyə Ərəbistanı hakimiyyəti xüsusi viza verib.

Qalanları isə zəvvar kimi qeydiyyata alınmayıb və qeyri-qanuni həcc ziyarəti ediblər.

Qeyd edək ki, bu il Məkkədə Həcc ziyarəti günlərində 52 dərəcə isti qeydə alınıb.

Paylaş: