raketa

Ukrayna Silahlı Qüvvələrinin (AFU) Sevastopola hücumu nəticəsində ölənlərin sayı artıb.

Globalinfo.az xəbər verir ki, bu barədə şəhərin qubernatoru Mixail Razvojayev Teleqram kanalında məlumat verib .

O, yaralıların sayının 151-ə çatdığını açıqlayıb.

***22:56

Ukrayna Silahlı Qüvvələrinin (AFU) Sevastopola hücumu nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə şəhərin qubernatoru Mixail Razvojayev Teleqram kanalında məlumat verib .

“144 nəfər tibbi yardım üçün müraciət edib.  Onlardan 55 böyük və 27 uşaq olmaqla 82-si xəstəxanaya yerləşdirilib”, – deyə qeyd edib.

***18:19

Ukrayna Ordusunun Sevastopola zərbə endirməsi nəticəsində ölənlərin sayı artıb.

Globalinfo.az xəbər verir ki, bu barədə şəhər qubernatoru Mixail Razvojayev məlumat verib.

O bildirib ki, şəhərə endirilən zərbə nəticəsində 3-ü uşaq olmaqla, 5 nəfər ölüb.

Sevastopolda raket zərbəsinin endirildiyi Üçkuyevka parkının ərazisinə giriş-çıxış, həmçinin park boyu dənizə gedən yol bağlanıb.

***17:42

Ukrayna Ordusunun Sevastopola zərbə endirməsi nəticəsində yaralananların sayı artıb.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb

Yerli vaxtlda saat 12.21-də şəhərə endirilən zərbə nəticəsində 124 nəfər yaralanıb.

Raket zərbəsi nəticəsində 3 nəfər ölüb.

***16:49

Sevastopol raket atəşinə tutulub.

Globalinfo.az xəbər verir ki,  bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb.

Məlumata görə,  Ukrayna Sevastopola ATACMS ballistik raketləri ilə hücuma keçib. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

Zərbələr nəticəsində ölənlərin sayı üç nəfərə çatıb, 100-ə yaxın insan isə yaralanıb.

Rusiya Müdafiə Nazirliyi  hava hücumundan müdafiə sisteminin dörd raketi vurduğunu, digərinin isə şəhərin üzərində partladığını bildirib .

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: