Ermənistan müdafiə naziri Suren Papikyan Fransa prezidentinin hərbi məsələlər üzrə müşaviri Fabien Mandonla görüşüb.
Globalinfo.az xəbər verir ki, Mandon Papikyanı “Sezar” haubitsaları ilə bağlı müqavilə imzalandıqdan sonra qəbul edib.
Görüş zamanı Ermənistanla Fransa arasında müdafiə sferasında əməkdaşlıq məsələləri müzakirə edilib. Papikyan Mandona Ermənistan ordusundakı reformların gedişi barədə məlumat verib və bu istiqamətdə Fransaya əməkdaşlıq təklif edib.
Qeyd edək ki, Papikyan artıq 2 gündür Fransadadır. Onunla bərabər Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Fransanı ziyarət edib.
Papikyanın səfəri çərçivəsində hərbi müqavilə imzalasa da, Qriqoryanın Fransada kimlərlə görüşdüyünü hələlik aydınlaşdırmaq mümkün olmayıb. Azərbaycan Fransanın haubitsa satmasını Qafqazda gərginliyi artırmaq cəhdi adlandırıb.
Əliyar Xəlil
Globalinfo.az














