ABŞ dövlət katibinin müavini Riçard Verma İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasını müzakirə edib.
Globalinfo.az xəbər verir ki, tərəflər həmçinin sülh müqaviləsi, “Sülh qovşağı” layihələrinə də toxunublar. Paşinyanla Vermanın ABŞ-AB-Ermənistan arasında 5 apreldə əldə olunan razılaşmaların reallaşmasını müzakirə etdiyi vurğulanıb.
Qeyd edək ki, Verma Ermənistana dünən gəlib.
Onun səfəri iki gün davam edəcək.
Əliyar Xəlil
Globalinfo.az