63874fc9d693b63874fc9d693c166981216963874fc9d693763874fc9d6939

Riqa şəhərində Latviya Respublikasının keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqanın anadan olmasının 85 illiyi qeyd edilib.

Azərbaycanın Latviyadakı Səfirliyindən Globalinfo.az-a verilən məlumata görə, tədbirdə səfir Elnur Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Vayra Vike-Freyberqaya ünvanlanmış təbrik məktubunu oxuyub.

Sonra o, ölkəmizin beynəlxalq müstəvidə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Vayra Vike-Freyberqanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən Sərəncam imzalandığını diqqətə çatdıraraq, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu Vayra Vike-Freyberqaya təqdim edib.

Vayra Vike-Freyberqa təbrik məktubuna və onun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib və bu yüksək təltifin verilməsinin onun üçün böyük şərəf olduğunu vurğulayıb. O, dövlətimizin başçısına Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə göstərdiyi daimi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Tədbirdə Latviya Prezidenti Eqils Levits, Latviyanın keçmiş prezidentləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, bu ölkənin tanınmış ictimai və mədəniyyət xadimləri iştirak ediblər.

07b3b272 58d8 33ef 8db5 1ebff065b589 66fd85f2 5257 39e8 bd8b a1de47226b4e 850 468c1274 ff54 3f91 a4d7 833f465995e8

Paylaş: