Rusiya əhalisinin Ukraynada keçirilən əməliyyata dəstəyi əhəmiyyətli dərəcədə azalıb.
Globalinfo.az xəbər verir ki, bu məlumat Britaniya kəşfiyyatının icmalında yer alıb.
Bildirilib ki, məhz bu amil Rusiya hakimiyyətinə əməliyyatın davam etmə müddətinin uzadılması məsələsində əhalidən razılıq almasını çətinləşdirəcək.
Kəşfiyyat həmçinin “Meduza” informasiya portalının Rusiya Federal Mühafizə Xidmətinin apardığı məxfi sorğu ilə bağlı məlumatına da toxunub. 55% rusiyalının Ukrayna ilə danışıqları, 25%-nin isə müharibəni dəstəklədiyi sorğuya istinad edən London bunun oktyabrda keçirilən müstəqil sorğunun nəticələri ilə təxminən uyğun olduğunu bildirib. Bunun sayəsində son 8 ayda müharibə tərəfdarlarının sayının 55% azaldığı qeyd edilib.