si cinpin

ABŞ hökuməti Tayvanı lazmi qədər silahla təmin edə bilməyəcəyindən qorxur.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb.

Qəzet buna səbəb kimi ABŞ-nin ehtiyatındakı arsenalın böyük qisminin Ukraynaya yönləndirilməsini göstərib. Bundan başqa, Vaşinqtonun Tayvana göndərməli olduğu 18,7 milyard dollarlıq silahın tədarükündə ləngimə olduğu bildirilib.

Qəzetin iddialarını ABŞ-nin rəsmi dairələri təkzib edib. Onların fikrincə, Vaşinqton Tayvan qarşısındakı öhdəliklərini vaxtlı-vaxtında icra edir.

Qeyd edək ki, son zamanlar Çin Tayvan ətrafındakı fəaliyyətini artırıb. Bu da ABŞ-də Pekinin adada nəzarəti bərpa etmək üçün savaş başladacağı ehtimallarını yüksəldir.

İlkin
Globalinfo.az

Paylaş: