Yutubun keçmiş rəhbəri Syuzan Voyçitskinin oğlu Marko Troper yataqxanada ölü tapılıb.
Globalinfo.az xəbər verir ki, 19 yaşlı Troperin Ester Voyçitski ölüm səbəbinin həddindən artıq dozada narkotikin qəbulu ola biləcəyini ehtimal edir.
Maraqlıdır ki, gəncin təhsil aldığı Berklidəki Kaliforniya Universitetinin nümayəndəsi Canet Gilmor narkotik ilə bağlı məlumatı təsdiqləməyib. O, bu cür ifadə vermək üçün toksikologiya ekspertinin rəyini gözləmək lazım olduğunu qeyd edib.