170659836

İsrail ordusu Qəzzada 31 girovun həlak olması barədə məlumat yayıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Həqari açıqlayıb.

İsrail Müdafiə Qüvvələri həlak olanların məlumatlarının yoxlanıldığını vurğulayıb:

“Qəzza zolağında keçirilən hərbi əməliyyatlar zamanı anklavda saxlanılan məhbuslardan 31 nəfəri həlak olub. Bu ağır günlərdə girovların ailələrinin yanında olduğumuzu bildiririk, vəfatı təsdiqlənən şəxslərlə bağlı bütün məlumatları ailə üzvlərinə çatdırırıq”.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Həmas silahlıları Qəzza zolağından İsrail ərazisinə daxil olaraq 240-dan çox insanı girov götürüb. İsrail hakimiyyətinin məlumatına görə, 110 girovu azad etmək mümkün olub. İsrailin hesablamalarına görə, hazırda Qəzzada 136 girov qalıb.

“The New York Times” qəzeti İsrail hərbi rəsmilərinə istinadla Qəzzada qalan 136 girovdan ən azı 32 nəfərin öldüyünü yazıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: