ABS 1

İranın dəstəklədiyi husilər sülh tərəfdarı olduqlarını, ABŞ-ın Yəmən və Fələstin xalqına münasibətdə mövqeyinin dəyişməsinə ümid bəslədiklərini bildiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Husilərin rəsmi nümayəndəsi Hüseyn əl-Azzi X sosial şəbəkəsində yazıb.

Buna rəğmən Hüseyn əl-Azzi Yəmən sahillərindən Qırmızı, Oman və Aralıq dənizinə qədər uzanan bütün istiqamətlərdə düşmən gəmilərini batırmaq gücünə malik olduqlarını diqqətə çatdırıb.

Husi rəsmisinin bu açıqlamasına ABŞ tərəfindən hələlik heç bir cavab verilməyib.

Xatırladaq ki, Husilər  yanvarın 26-da Ədən körfəzində Britaniyaya məxsus neft gəmisini hədəfə aldıqlarını açıqlayıblar. Bu gün isə ABŞ və İngiltərənin ölkənin qərbindəki Hudeydə şəhərinə 2 hava zərbəsi endirdiyi bildirilib.

Qeyd edək ki, Husilərin hücumlarından sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizə gəmi çıxarmaqdan imtina edib.  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası isə Husilərin Qırmızı dənizdəki hücumlarının dərhal dayandırılmasını tələb edən qətnaməni təsdiqləyib.

Məlumat üçün bildirək ki, qlobal ticarətin təxminən 12 faizi Avropa və Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: