Tapdıqları mərmini hissələrə ayırdılar – VİDEO

Tapdıqları mərmini hissələrə ayırdılar - VİDEO

Faciəyə səbəb ola biləcək döyüş sursatı ilə ehtiyatsız davranma halını əks etdirən görüntülərlə bağlı araşdırma aparılır.

Globalinfo.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”, – Nurlan Əliyev bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə bir neçə şəxsin qumbaraatan mərmisini müxtəlif alətlərlə hissələrə ayırmasını əks etdirən video yayılıb.